QR CodeQR Code

Radikal ABŞ keşişi Müqəddəs Quranı yenidən yandırıb

Islamtimes , 30 Apr 2012 19:18

Islamtimes - Radikal amerikalı keşiş Florida kilsəsində Müsəlmanların müqəddəs kitabı olan Quranı və Hz Muhəmməd (s) Peyğəmbərin şəkilini bir daha yandırıb.


islamtimes.org/az/ - Frans Press Agentliyin verdiyi məlumatda bildirilir ki, ABŞ keşişi Terry Cons ilə birlikdə bir neçə keşiş şənbə günü Florida kilsəsinin qarşısında dinə hörmətsizlik aktını həyata keçiriblər.

Yandırma mərasiminə təxminən 20 nəfər qatılmışdır.

Bazar günü axşam İran Xarici İşlər Naziriliyi tərəfindən verilən məlumatda bildirilir ki, bu hadisə Qərbin mədniyyətlərə qarşı apardığı müharibənin tərkib hissəsidir və bu əməl İslama qarşı nifrət və fobia yaratmaq məqsədi güdür.

Bəyanatda həmçinin bildirilri ki, ABŞ hökumətinin İraq və Kubada yerləşən Əbu Qorəyb və Quantanamo həbsxanalarındakı ayrıseçkiliyi və bu yaxınlarda Əfqanıstanın Baqram aeraportunda baş verən küfür və təhqir etmə hadisəsi şənbə günü Floridada İslamfobiya hərəkətinin baş verməsinə gətirib çıxartdı.

20 Fevralda ABŞ əsgərləri Əfqanıstan vilayəti olan Parvanda Müqəddəs Quranı və digər İslami yazıları yandırmışdılar.

2011-ci il 20 martda Consun köməkçisi olan amerikalı yevangelist Vayne Sapp Quranın baş verən cinayətlərdə səbəbkar olduğunu bildirirərək Müqəddəs Quranı yandırmışdır.

İslam dininə qarşı olan Quran yandırma mərasimi canlı yayımlandıqdan sonra bu təhqir İran, Pakistan, Əfqanıstan, İndoneziya və Hindistanda geniş etirazlara səbəb olmuşdur.


Story Code: 157891

News Link :
https://www.islamtimes.org/az/news/157891/radikal-abş-keşişi-müqəddəs-quranı-yenidən-yandırıb

Islam Times
  https://www.islamtimes.org