QR CodeQR Code

ERMƏNİSTANDAN AZƏRBAYCANA XƏBƏRDARLIQ

25 Nov 2009 15:42

Ermənistan rəsmiləri Azərbaycan tərəfi hərbi qüvvədən istifadə edəcəyi təqdirdə rəsmi olaraq Dağlıq-Qarabağı müstəqil bir dövlət kimi tanıyacaqlarını bildirmişdir.


Ermənisat respublikası prezidentinin sözçüsü Azərbaycan respublikasının Dağlıq-Qarabağın həlli barədə hərbi qüvvədən istifadə təhdidləri həyata kecirəcəyi təqdirdə Ermənistan dövləti Dağlıq-Qarabağı rəsmi olaraq müstəqil bir respublika kimi tanıyacağını bildirmişdir.

Ermənistan prezidenti sözçüsü əlavə olaraq qeyd etmişdir: Ermənistan respublikasının bu günə kimi rəsmi olaraq Dağlıq-Qarabağı müstəqil bir dövlət kimi tanımamasının səbəbi, bu məsələnin sülh yolu ilə həll olunacağına ümidvar olduqları idi. Azərbaycan tərəfi hərbi qüvvədən istifadə edəcəyi təqdirdə Ermənistanın bu addımı üçün heç bir mane qalmayacaqdır.

İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: infoaz@islamtimes.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.


Story Code: 15795

News Link :
https://www.islamtimes.org/az/news/15795/ermənistandan-azərbaycana-xəbərdarliq

Islam Times
  https://www.islamtimes.org