QR CodeQR Code

Amerikada tarixi 1 May: Bu gün ABŞ-da həyat dayana bilər

1 May 2012 09:50

IslamTimes - ABŞ-da səssiz-sədasız qeyd olunan 1 May bu il ""Wall Street"i İşğal Et" hərəkatının kampaniyasıyla çox fərqli keçəcək.


1 May Çikaqoda 1886-cı ildə reallaşan fəhlə qırğınını və işçilərin verdiyi mübarizəni xatırlamaq üçün bayram olaraq qeyd olunur. Amerikalılar isə bunun yerinə sentyabrın ilk bazar ertəsi gününü Əmək Bayramı kimi qeyd edirlər.

""Wall Streeti İşğal Et" hərəkatı bu gün ABŞ-ın 125 şəhərində ictimai nəqliyyatın dayanmasını, işçilərin işə getməməsini, qısacası ümumi tətil reallaşdırmağı istəyir.

Aylardır bu hərəkat üçün hazırlanan fəaliyyətin nə qədər uğurlu olacağı isə hələlik naməlumdur. /Deyerler/


Story Code: 158005

News Link :
https://www.islamtimes.org/az/news/158005/amerikada-tarixi-1-may-bu-gün-abş-da-həyat-dayana-bilər

Islam Times
  https://www.islamtimes.org