QR CodeQR Code

Təvəkkül Karman: Türkiyə parlamenti hicab qadağasına son qoymalıdır

Islamtimes , 1 May 2012 17:27

Islamtimes - Nobel sülh mükafatı laureatı Təvəkkül Karman deyib ki, hicab geyinən müsəlman qadınların hüquqlarına hörmətlə yanaşılmalıdır və Türk qadın parlamentilərinə parlament binasında hicabla gəzməyə icazə verməlidirlər.


islamtimes.org/az/ - Türkiyə xəbər veb səhifəsinin bildirdiyinə görə Yəmənli aktivist bu açıqlamanı bazar günü Türkiyənin paytaxtı Ankarada Türkiyə parlamentində qadınlara hicab bağlamağa imkan verilməməsi haqda suala cavab olaraq bildirmişdir.

Karman deyib: “Mən fikirləşirəm ki, hicab geyinən, ya geyinməyən bütün qadınlar siyasi həyatın bütün sahələrində fəal olmalıdırlar və onlar ictimai həyatın tam mərkəzində olmalıdırlar. Azadlıq budur.”

O əlavə edərək bildirib ki, bütün qadınlar onların dini əqidəsindən və geyim tərzindən asılı olmayaraq siyasi səhnədə fəal olmağa icazə verilməlidir.

2011-ci il Nobel Sülh Mükafatını Liberiya Prezidenti Ellen Conson və Liberiya sülh fəalı Leymah Gbovi ilə bölüşən Karman Yəməndə qadın hüququ və azadlığı uğrunda mübarizə aparan əsasə simalardandır.


Story Code: 158174

News Link :
https://www.islamtimes.org/az/news/158174/təvəkkül-karman-türkiyə-parlamenti-hicab-qadağasına-son-qoymalıdır

Islam Times
  https://www.islamtimes.org