QR CodeQR Code

“ABŞ və Qərb ölkələri İslamabadı İran əleyhinə sanksiyalara qoşulmağa məcbur edə bilməz”

2 May 2012 07:02

IslamTimes - Pakistan XİN-i: “Pakistan ABŞ-ın İrana qarşı qəbul etdiyi sanksiyalara qoşulmağa məcbur deyil”.


APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi açıqlama yayıb. ABŞ-ın rəsmi məktubuna cavab olaraq bildirilib ki, ABŞ və Qərb ölkələləri rəsmi İslamabadı İran əleyhinə sanksiyalara qoşulmağa məcbur edə bilməz.

Qeyd edək ki, ABŞ-ın Pakistandakı səfirliyi bu ölkənin XİN-nə rəsmi nota verərək, rəsmi İslamabadı İrana qarşı sanksiyalara qoşulmağa çağırıb. Rəsmi Vaşinqton İranla ticarət əlaqələrini inkişaf etdirəcəyi təqdirdə, Pakistan şirkətlərinə də sanksiya tətbiq ediləcəyini bildirib.


Story Code: 158288

News Link :
https://www.islamtimes.org/az/news/158288/abş-və-qərb-ölkələri-islamabadı-iran-əleyhinə-sanksiyalara-qoşulmağa-məcbur-edə-bilməz

Islam Times
  https://www.islamtimes.org