0
Thursday 3 May 2012 - 08:48

Azərbaycan universitetlərinin birgə bəyanatı: ”Azərbaycan Respublikasının xalqı heç bir zaman İslamdan ayrılmaz”

Story Code : 158579
Azərbaycan - Euravision
Azərbaycan - Euravision
Azərbaycan Respublikasının müsəlman şiə xalqı heç bir zaman İslamdan ayrılmaz

Təbriz, Səhənd, Urmiya, Ərdəbil, Zəncan Universitetləri Tələbələrinin İslami Cəmiyyəti birgə bəyanat verərək, Azərbaycan Respublikası dövlətinin islamofobiya hərəkətlərinə nifrət etdiklərini bildirməklə yanaşı, təkid etdilər: Azərbaycan Respublikasının müsəlman şiə xalqı heç bir zaman İslamdan ayrılmaz.

Bəyanatda gəlib: “Biz Şərqi Azərbaycan əyalətinin tələbələri Azərbaycan Respublikasının sekülar rejiminin həmdillərimizə etdiyi zülmlərə nifrət etdiyimizi bildirir və bu ölkənin kafir başçılarına deyirik ki, bu hərəkətlərinizlə çox çəkməz ki, siz də Məhəmməd Rza şah Pəhləvi, bin Əli və Mübarəkin aqibətinə düçar olarsınız”.

Bəyanat, AR-da keçiriləcək “Eurovision” müsabiqəsi və dövlətin ölkənin müsəlman xalqına etdiyi həddini aşmış zülmlərə işarə edərək, bildirir: “Azərbaycanlılar, məsum imamlara (ə) sevgini özləri üçün iftixar bilirlər”.

Həmçinin, bəyanatda deyilir: “AR-ın sekülar rejimi ötən il Tasua və Aşura mərasimlərinin keçirilməsinə mane oldu və rejim bu ölkədə şiə məzhəbi mərasimlərinin qarşısını almaqla dünya əhalisinə göstərmək istəyir ki, guya Azərbaycan xalqı dindən uzaqlaşıb. Amma Azərbaycan xalqı qeyrətli xalq olub və həmişə zülm və sitəm qarşısında müqavimət göstərib və göstərəcək”.

Bəyanatda artırılır: “Hələ başlamamış “Eurovision” müsabiqəsi zülm və sitəmlə yanaşıdır və bir dəstə öz ev-eşiklərini zorla tərk etməyə məcbur olub”.

Ölkənin Şimal-qərb Universitetləri Tələbələrinin Cəmiyyətinin bəyanatında vurğulanır: “Azərbaycan Respublikasının qeyrətli xalqı Bəhreyn və digər islami ölkələrdən nümunə götürmək və həzrət Seyyiduş-şühəda (ə) məktəbini izləməklə bu hörmətsizliklərin davam etməsinə icazə verməzlər”. /Ruhaniler/
Comment