QR CodeQR Code

Seyyid Əli Xamenei də səs verib

XezerXeber , 4 May 2012 09:24

IslamTimes - İranın Ali Dini Lideri parlament seçkilərinin ikinci turunda səs verib


İranın Ali Dini Lideri Ayətullah Syyid Əli Xamenei parlament seçkilərinin ikinci turunda səs verib. Bu barədə İRİNN xəbər yayıb.

İranda parlament seçkilərinin ikinci turunda səsvermə bu gün yerli vaxt ilə saat 08:00-da başlayıb və son səsvermə vaxtı 18:00 təyin edilib.

Qanuna əsasən, parlament seçkilərinin keçirilmə vaxtı 10 saatdır, amma lazım gələrsə, daxili işlər naziri səsvermənin vaxtını uzada bilər. Seçkilərdə ümumilikdə 33 dairədən 130 namizəd iştirak edir. 130 namizəd arasında yalnız 65-i ölkə parlamentinə seçiləcək.

İranda VIII çağırış parlament seçkiləri 14 mart 2008-ci ildə keçirilib. Əli Laricaninin sədrlik etdiyi Məclisdə hazırda 290 deputat var.

İran parlamentinin ilk iclasının hicri şəmsi təqvimlə 1391-ci il xordad ayının 7-də (27 may 2012-ci il) keçirilməsi nəzərdə tutulur.

İran DİN seçkinin nəticələrini açıqladıqdan sonra qələbə qazanmış nümayəndələr seçki dairələri üzrə nəticələrin Nəzarət Şurası tərəfindən təsdiq edilməsini gözləməlidirlər.


Story Code: 158804

News Link :
https://www.islamtimes.org/az/news/158804/seyyid-əli-xamenei-də-səs-verib

Islam Times
  https://www.islamtimes.org