0
Saturday 5 May 2012 - 07:14

Seçkilərin vaxtı daha bir saat artırıldı

Story Code : 158988
Seçkilərin vaxtı daha bir saat artırıldı
Seçkilərin vaxtı daha bir saat artırıldı
Bu barədə "Mehr" xəbər agentliyinə istinadən məlumat verilir.

Qeyd edək ki, İranın Mərkəzi Seçki Komissiyası bundan əvvəl seçkilərin vaxtının bütün məntəqələr üzrə 1 saat artırılması barədə bəyanat yaymışdı.

Qanuna əsasən, parlament seçkilərinin keçirilmə vaxtı 10 saatdır, amma lazım gələrsə, daxili işlər naziri səsvermənin vaxtını uzada bilər. Seçkilərdə ümumilikdə 33 dairədən 130 namizəd iştirak edir. 130 namizəd arasından yalnız 65-i ölkə parlamentinə seçiləcək.

Seçkilərə 60 000 müşahidəçi nəzarət edir. Bundan başqa, 10 000 nəfər namizədlər tərəfindən seçki prosesini izləyirlər.

Parlament seçkilərinin birinci turu 2012-ci ilin mart ayının 2-də keçirilmişdi. Parlamentdə təmsil olunacaq nümayəndələrdən 223-ü öz kürsülərini əldə edə bilmişdi.

İranda VIII çağırış parlament seçkiləri 14 mart 2008-ci ildə keçirilib. Əli Laricaninin sədrlik etdiyi Məclisdə hazırda 290 deputat var.

İran parlamentinin ilk iclasının hicri şəmsi təqvimlə 1391-ci il xordad ayının 7-də (27 may 2012-ci il) keçirilməsi nəzərdə tutulur.

İran DİN seçkinin nəticələrini açıqladıqdan sonra qələbə qazanmış nümayəndələr seçki dairələri üzrə nəticələrin Nəzarət Şurası tərəfindən təsdiq edilməsini gözləməlidirlər.
Comment