QR CodeQR Code

NATO Rusiyanı RƏM sisteminə qoşulmağa çağırdı

5 May 2012 10:38

IslamTimes - Rasmussen Rusiyanı RƏM sistemlərinin quraşdırılmasında həmkarlıq etməyə çağırıb.


"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, ötən gün NATO-nun baş katibi Andres Foq Rasmussen Angela Merkel ilə görüşdən sonra deyib: "NATO-nun RƏM sistemləri heç vəchlə Rusiya əleyhinə inşa edilməyib. Biz bu barədə Rusiyanı məlumatlandırmışıq və bu ölkəyə hücum etmək niyyətində deyilik."

Rasmussen Rusiyanı RƏM sistemlərinin quraşdırılmasında həmkarlıq etməyə də çağırıb.

NATO-nun baş katibi bu sözləri Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun çıxışından sonra söyləyib. Serdyukov Avropada RƏM sistemlərinin quraşdırılması ilə bağlı ABŞ-la aparılan müzakirələrin nəticə vermədiyini bildirmişdi.


Story Code: 159063

News Link :
https://www.islamtimes.org/az/news/159063/nato-rusiyanı-rəm-sisteminə-qoşulmağa-çağırdı

Islam Times
  https://www.islamtimes.org