0
Saturday 5 May 2012 - 16:08

1000 terrorist İrandan üzr istəyir

Story Code : 159164
1000 terrorist İrandan üzr istəyir
1000 terrorist İrandan üzr istəyir
Islam times.org/az/ - İraqın Xalis şəhərinin meri Oday əl Xidranın dediyinə görə bu sözləri cümə günü Bağdad ayraportu yaxınlığındakı azadlıq düşərgəsinə transfer edilən terroristlər deyib.

Əl Xidran əlavə edərək bildirib ki, “Mucahidini Xalq” terror təşkilatının 350-si qadın olmaqla 416 üzvü Əşrəf düşərgəsi kimi tanınan Yeni İraq düşərgəsindən digər düşərgəyə köçürülüblər.

Verilən məlumata əsasən “Mucahidini Xalq” terror təşkilatının xeyli üzvü düşərgədən qaçaraq özlərini İraq təhlükəsizlik qüvvələrinə təslim ediblər.

İran mülki vətəndaşlarına və hökumət rəsmilərinə qarşı müxtəlif terror aktları həyata keçirən “Mucahidini Xalq” terror təşkilatı 1980-ci ildə İraqa qaçmış və keçmiş İraq diktatoru Səddam Huseynin dəstəyi ilə İran sərhəddi yaxınlığında Diyali əyalətində Əşrəf düşərgəsini qurmuşdular.

Qrup həmçinin 1991-ci ildə Səddamla əməkdaşlıq edərək Şimali İraqda İraq kürdlərinə qarşı qırğın törətməkdə ittiham edilir.
Source : Islamtimes
Comment