QR CodeQR Code

ABŞ Senatoru: Bağdadda keçiriləcək İran 5+1 danışıqları böyük uğurlara səbəb ola bilər

Islamtimes , 5 May 2012 19:11

Islamtimes - Kəşfiyyat üzrə ABŞ Senatı Komitəsinın sədri Tehran və 5+1 ölkələri arasında İranın nüvə enerjisi proqramı haqqında keçiriləcək görüşü dəstəklədiyini və bu görüşün böyük uğurlar gətirəcəyini bildirib.


islamtimes.org/az/ - Huffington Post qəzeti Diana Feynsteyindən sitat gətirərək deyib: “Bu görüş on illiklərdən bəri ölkələr arasında olan müxtəlifliyi, inamsızlığı və şübhəni aradan qaldıra bilər və bu səbəbdən biz bu görüşü tam dəstəkləyirik.”

Feynsteyn həmçinin İrana qarşı hərbi əməliyyat haqda xəbərdarlıq edərək bildirib ki, bu cür hücum regionda geniş müharibəyə gətirb çıxara bilər və Yaxın Şərqdə fəlakətli hadisələrə gətirib çıxara bilər.

O əlavə edərək deyib: “Məsələnin diplomatik həll yolu həm İran, həm İsrail, həm də beynəlxalq ictimaiyyət üçün ən yaxşı həll yoludur. Biz bu görüşləri dəstəkləməliyik.”

İran və 5+1 ölkələri arasında olan sonuncu danışıqların ilk mərhələsi 14 apreldə Türkiyənin İstanbul şəhərində keçirilib.
Danışıqların növbəti mərhələsi 23 mayda Bağdadda keçiriləcək.


Story Code: 159203

News Link :
https://www.islamtimes.org/az/news/159203/abş-senatoru-bağdadda-keçiriləcək-iran-5-1-danışıqları-böyük-uğurlara-səbəb-ola-bilər

Islam Times
  https://www.islamtimes.org