0
Sunday 6 May 2012 - 07:17

İran Livana təbii qaz nəql edəcək

Story Code : 159295
İran Livana təbii qaz nəql edəcək
İran Livana təbii qaz nəql edəcək
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Livana ikigünlük səfərdən qayıdan İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi bildirib.

Onun sözlərinə görə, İran qazı İraq və Suriyadan keçməklə quru yolu ilə Livana ötürüləcək. M.Rəhimi əlavə edib ki, hazırda İranla Livan arasında ticarətin həcmi 150 mln. dollardır, ancaq bu həcm yaxın gələcəkdə 2 mlrd. dollara çatdırılacaq.

İranın birinci vitse-prezidenti həmçinin deyib ki, səfər çərçivəsində Livan prezidenti, baş naziri və parlamentinin sədri, eyni zamanda “Hizbullah” təşkilatının katibi Şeyx Həsən Nəsrullahla görüşüb. Tərəflər əsasən iki ölkə arasında münasibətlər, dünyada və bölgədə baş verən prosesləri müzakirə ediblər.
Comment