QR CodeQR Code

Eurovision Əliyevlər tabusunu məhv etdi

6 May 2012 10:39

IslamTimes - Dünyanın ən nüfuzlu jurnalı hakim ailənin xərclədiyi pullardan yazdı - “Satılan Azərbaycan”!
“Eurovision” yarışması həssaslıqla qorunan imici məhv etdi”


ABŞ-da yayımlanan dünyaca ünlü həftəlik “Time” jurnalında Uilyam Li Adamsın Azərbaycanla bağlı geniş məqaləsi dərc olunub. Məqalədə ölkəmizin ictimai-siyasi həyatı, insan haqları və demokratiyanın durumu, “Eurovision” musiqi yarışmasına hazırlığı və başqa məsələlər nəzərdən keçirilib. Məqalədə Azərbaycan hakimiyyətini ifşa edən çoxsaylı məqamlar əksini tapıb. Məqaləni qısa ixtisarla təqdim edirik.
Ötən ilin mayında Azərbaycanı təmsil edən Ell və Niki cütlüyü “Eurovision” musiqi yarışmasının qalbi oldu. Ölkə başçısı İlham Əliyev bu qələbəni “azərbaycanlıların və Azərbaycan dövlətinin qələbəsi” adlandırmaqla hərbi zəfər kimi təqdim etdi. Bakı bu il 100 milyondan çox avropalının izləyəcəyi yarışmaya ev sahibliyi etmək hüququ qazanıb.
Azərbaycan yarışmanın yaxşı təşkili üçün ciddi cəhdlə çalışır. Bunun üçün İlham Əliyev təşkilat işlərinə rəhbərliyi həyat yoldaşı Mehriban Əliyevaya tapşırdı. Qalib gəncləri hakim partiyaya məcburən üzv edən hökumət “Eurovision” hazırlığına külli miqdarda pul xərcləyir. Rəsmi rəqəmlər indiyə qədər 30 milyon dollar xərcləndiyini göstərir. Hökumət isə hazırlıq işlərinə 64 milyon dollarlıq büdcə ayırıb. Lakin bəzi mənbələr yarışmaya xərclənən miqdarın 277 milyon dollar olduğunu deyir. /HaqqYolu/


Story Code: 159349

News Link :
https://www.islamtimes.org/az/news/159349/eurovision-əliyevlər-tabusunu-məhv-etdi

Islam Times
  https://www.islamtimes.org