0
Sunday 6 May 2012 - 20:03

Fransada prezident seçkilərinin ikinci turuna start verilib

Story Code : 159477
Fransada prezident seçkilərinin ikinci turuna start verilib
Fransada prezident seçkilərinin ikinci turuna start verilib
APA-nın məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 8.00-da (Bakı vaxtı ilə saat 11.00) açılıb.

Prezident kürsüsü uğrunda sosialistlərin namizədi Fransuz Olland və hazırkı prezident, sağ mərkəzçilərin namizədi Nikola Sarkozi mübarizə aparır.

İlk turda Olland rəqibini 1,5 faiz səslə qabaqlayaraq 28,6 faiz səs toplayıb. İkinci tur ərəfəsində keçirilən sorğuların nəticələrinə görə də, sosialistlərin qalib gələcəyi proqnozlaşdırılır. Olland sorğuda 53, Sarkozi isə 47 faiz səs toplayıb.

Fransanın 43 milyon vətəndaşı səsvermə hüququna malikdir.

Səsvermə yerli vaxtla 20.00-da başa çatacaq. İlkin nəticələr də səsvermə bitdikdən sonra məlum olacaq.
Comment