QR CodeQR Code

Vilayəti: Ərəb rejimləri Suriyada qan tökməklə sülh planını pozmaq istəyirlər

Islamtimes , 7 May 2012 15:30

İslamtimes - İslam İnqilabının Rəhbəri Ayətullah Əl üzma Seyyid Əli Xameneinin müşavirinin bildirdiyinə görə müəyyən Ərəb dövlətləri Suriyada çaxnaşma yaratmaqla sülh planını pozmaq istəyirlər.


islamtimes.org/az/ - Bazar günü Əli Əkbər Vilayəti deyib: “Bəzi Ərəb dövlətləri BMT Ərəb liqası nümayəndəsi Kofi Annanın vastəçiliyi ilə əldə edilmiş sülh planını pozmaq üçün Suriyada qətlləri intensivləşdiriblər.”

Vilayəti əlavə edərək bildirib ki, Ərəb dövlətləri sülh planını pozmaq üçün İsrail və Qərbin dəstəyi ilə Suriyaya muzdur və silah-sursat göndərirlər.

Vilayəti daha sonra bildirib ki, bu tədbirlər Misir və Şimali Afrikada “kukla diktatorların” hakimiyyətdən kənarlaşdıran İslami Oyanışdan intiqam almaq üçündür.

İran rəsmisi Səudiyyə Ərəbistan və Qətər kimi ölkələri nəzərdə tutaraq deyib: “Öz ölkələrində orta əsr dövründəki kimi idarə sistemi olan və əhalisinin əsas hüquqlarının pozulduğu ölkələr hansı haqla Suriyadakı azadlıqdan, demokratiyadan və insan hüquqlarından danışa bilərlər?”

Vilayəti qeyd edərək bildirib ki, Suriyada bu yaxınlarda baş verən terror aktları İsrailin düşməni və müqavimət cəbhəsinin dəstəkçisi olan Suriya hökumətini yıxmaqdır.


Story Code: 159726

News Link :
https://www.islamtimes.org/az/news/159726/vilayəti-ərəb-rejimləri-suriyada-qan-tökməklə-sülh-planını-pozmaq-istəyirlər

Islam Times
  https://www.islamtimes.org