QR CodeQR Code

Putin baş nazirliyi Zubkova tapşırdı

7 May 2012 16:44

IslamTimes - Rusiya Federasiyasının baş nazir səlahiyyətlərinin müvəqqəti icrası baş nazirin birinci müavini Viktor Zubkova həvalə edilib. Bu barədə müvafiq əmri inaqurasiyadan qabaq Vladimr Putin imzalayıb.


Qeyd edək ki, Zubkov hökumət idarəçiliyində təcrübəyə malikdir. O, 14 sentyabr 2007-ci ildən 7 may 2008-ci ilə kimi baş nazir səlahiyyətlərini icra edib.

Hakimiyyətin digər üzvləri isə yeni kabinetin tərkibi müəyyənləşənə kimi vəzifələrində qalacaqlar.

Rusiya Federasiyasının yeni baş nazirinin isə Dmitri Medvedyev olacağı gözlənilir.

Rusiya hökuməti rəhbərinin vəzifələrini müvəqqəti icra edən Viktor Zubov hakimiyyətin yeni seçilmiş Prezident Vladimir Putinə verilməsi barədə sərəncam imzalayıb. Vladimir Putin də öz növbəsində, D.Medvedevin Baş nazir postuna namizədliyini irəli sürüb.

D.Medvedevin hökumət başçısı postuna namizədliyinə mayın 8-də Dumanın növbədən kənar iclasında baxılacağı gözlənilir.


Story Code: 159754

News Link :
https://www.islamtimes.org/az/news/159754/putin-baş-nazirliyi-zubkova-tapşırdı

Islam Times
  https://www.islamtimes.org