QR CodeQR Code

Taliban dahada güclənib

Islamtimes , 7 May 2012 18:33

İslamtimes - Taliban ABŞ dəstələrinin əraziyə gəlməsindən sonra daha da güclənib .


islamtimes.org/az/ - ABŞ senatorunun dediyinə görə 2010-cu ildə ABŞ Əfqanıstanda ordusunun sayını artırdıqdan sonra bölgədəki Taliban döyüşçüləri daha da gücləniblər.

Bazar günü Fox News-a müsahibə verən Senat Kəşfiyyat Komitəsinin Rəisi Diana Feynsteyin deyib: “Biz həqiqətən də Talibanın daha güclü olduğunu aşkar etdik.”

Qeyd edək ki, bu sözləri deyən xanım Feynsteyin Əfqanıstan səfərindən təzəcə qayıdıb.

O bu açıqlamanı ABŞ Müdafiə Departamentinin Konqresə təqdim etdiyi bəyanatda Prezident Barak Obamanın 2010-cu ildə Əfqanıstana 33000 əlavə qoşun göndərdikdən sonra Talibanın zəifləməsini bildirmişdir .

Obama Əfqanıstana səfəri zamanı bildirmişdir ki, ABŞ artıq Talibanın nəfəsini kəsmişdir.
ABŞ-ın Əfqanıstanı işğal etməsi 2001-ci ildə başlamışdır. Qəsibkarların Talibanı hakimiyyətdən devirmələrinə və minlərlə ABŞ ordusunun bölgədə olmasına baxmayaraq ölkə boyu təhlükə səviyyəsi artmaqdadır.

4 Fevralda BMT elan etmişdir ki, 2011-ci il Əfqan vətandaşları üçün ən ölümcül il olmuşdur.

2011-ci ildə ABŞ-ın apardığı müharibə nəticəsində 3021 vətəndaş həlak olmuş və 4507 nəfər isə yaralanmışdır. Əvvəlki illərlə müqayisədə ölənlərin sayı 8% artmışdır.

BMT ölümlərin 77%-ni döyüşçülərə hücum nəticəsində, 14%-ni ABŞ və Əfqan qüvvələrinin apardığı əməliyyatlar nəticəsində baş verdiyini bildirib. 9%-i isə qeyri məlum olaraq qalır.


Story Code: 159788

News Link :
https://www.islamtimes.org/az/news/159788/taliban-dahada-güclənib

Islam Times
  https://www.islamtimes.org