0
Tuesday 8 May 2012 - 07:27

ABŞ-ın Hindistana qarşı növbəti təzyiqləri

Story Code : 159867
ABŞ-ın Hindistana qarşı növbəti təzyiqləri
ABŞ-ın Hindistana qarşı növbəti təzyiqləri
“IslamTimes” “Reuters”-ə istinadən xəbər verir ki, Yeni Dehlidə səfərdə olan Hillari Klinton bu ölkədən İrandan neft idxalını azaltmağı tələb edib. Hillari Klinton rəsmi Vaşinqtonu Hindistanın sanksiyalara qoşulacağından arxayın etməyə çalışır.

Məlumatlara əsasən, İran Hindistanın neft ehtiyaclarını ödəyən ikinci ölkədir.

Bundan öncə rəsmi Dehli ABŞ-ın təzyiqləri altında İrana qarşı sanksiyalara qoşulmaqdan boyun qaçıraraq İrandan neft idxalının həcmini azaltmışdı. Amma Vaşinqton bu miqdarla kifayətlənməyib.

“Reuters” yazır: “Bu mövzu hazırda Vaşinqtonla Yeni Dehli arasında ciddi gərginliyə səbəb olub. Hindistan bildirib ki, ABŞ-ın təzyiqləri səbəbindən öz siyasətlərində dəyişiklik etmək niyyətində deyil.
Comment