0
Tuesday 8 May 2012 - 10:57

Kərzayi Vaşinqtonu kəskin tənqid edib

Story Code : 159987
Kərzayi - Vaşinqton
Kərzayi - Vaşinqton
Əfqanıstan prezidenti Həmid Kərzayi NATO aviahücumları nəticəsində dinc sakinlərin arasında olan ölüm hallarına görə Vaşinqtonu kəskin tənqid edib.

Bunun üçün Kərzayi NATO komandanlığını, Əfqanıstanda ABŞ səfirini yanına çağırıb.

Görüş zamanı Kərzayi bildirib ki, dinc əfqanlıların həyatı qorunmursa ABŞ və Əfqanıstan arasından imzalanan strateji müqavilənin heç bir mənası yoxdur.

Xatırladaq ki, dünən Baqdis əyalətində NATO qüvvələrinin aviahücumu nəticəsində azı 14 nəfər həlak olmuşdu. Bundan əlavə Helmend, Loqa rvə Kapisa əyalətlərindən də qurbanlar barədə məlumatlar gəlib.

Xatırladaq ki, Barak Obamanın Əfqanıstana gözlənilməz səfəri zamanı Vaşinqtonla Kabil arasında strateji əməkdaşlıq barədə saziş imzalanmışdı. /FaktXeber/
Comment