QR CodeQR Code

Kərzayi Vaşinqtonu kəskin tənqid edib

8 May 2012 10:57

IslamTimes - Həmid Kərzai: "Dinc əfqanlıların həyatı qorunmursa ABŞ və Əfqanıstan arasından imzalanan strateji müqavilənin heç bir mənası yoxdur"


Əfqanıstan prezidenti Həmid Kərzayi NATO aviahücumları nəticəsində dinc sakinlərin arasında olan ölüm hallarına görə Vaşinqtonu kəskin tənqid edib.

Bunun üçün Kərzayi NATO komandanlığını, Əfqanıstanda ABŞ səfirini yanına çağırıb.

Görüş zamanı Kərzayi bildirib ki, dinc əfqanlıların həyatı qorunmursa ABŞ və Əfqanıstan arasından imzalanan strateji müqavilənin heç bir mənası yoxdur.

Xatırladaq ki, dünən Baqdis əyalətində NATO qüvvələrinin aviahücumu nəticəsində azı 14 nəfər həlak olmuşdu. Bundan əlavə Helmend, Loqa rvə Kapisa əyalətlərindən də qurbanlar barədə məlumatlar gəlib.

Xatırladaq ki, Barak Obamanın Əfqanıstana gözlənilməz səfəri zamanı Vaşinqtonla Kabil arasında strateji əməkdaşlıq barədə saziş imzalanmışdı. /FaktXeber/


Story Code: 159987

News Link :
https://www.islamtimes.org/az/news/159987/kərzayi-vaşinqtonu-kəskin-tənqid-edib

Islam Times
  https://www.islamtimes.org