QR CodeQR Code

Əllavinin ABŞ şirkəti ilə birgə Malikini aşırma planı

8 May 2012 13:54

IslamTimes - İraqın sabiq baş naziri olmuş Ayyad Əllavi İraq xalqı arasında ABŞ və Səudiyyə Ərəbistanına xidmət edən bir fiqur kimi tanınır.


"IslamTimes" "Ən-Nəxil" xəbər agentliyinə istinadən xəbər verir ki, Amerikanın "Hil" qəzeti «Əl-İrakiyə» blokunun rəhbəri Ayyad Əllavinin ABŞ-la gizli planının üstünü açıb. İraqın sabiq baş naziri olmuş Ayyad Əllavi ABŞ şirkətlərindən biri ilə müqavilə imzalayıb. O rəsmi Vaşinqtonu inandırmağa çalışır ki, ABŞ-ın İraqdan geri çəkilməsindən sonra Nuri əl-Maliki daha da güclənib.

«Əl-İrakiyə» partiyası özünü ABŞ dövlətinə dünyəvi - layik partiya kimi göstərmək niyyətindədir. Onlar bu addımla Ağ Evi İraqda baş verən siyasi olaylara müdaxiləyə sövq etmək istəyir.

Ayyad Əllavi İraq xalqı arasında ABŞ və Səudiyyə Ərəbistanına xidmət edən bir fiqur kimi tanınır.


Story Code: 160040

News Link :
https://www.islamtimes.org/az/news/160040/əllavinin-abş-şirkəti-ilə-birgə-malikini-aşırma-planı

Islam Times
  https://www.islamtimes.org