QR CodeQR Code

Medvedev Rusiyanın Baş naziri oldu

9 May 2012 05:52

IslamTimes - Dövlət Duması Medvedevi Rusiyanın Baş naziri vəzifəsinə təsdiq edib


Rusiya Federasiyası Dövlət Duması çərşənbə axşamı keçirilən növbədənkənar iclasda Dmitri Medvedevin Rusiyanın Baş naziri vəzifəsinə təyin olunmasını təsdiq edib.

Medvedevin hökumət başçısı təyin olunması proseduru RF Prezidenti Vladimir Putinin bu gün müvafiq qərarı imzalamasından sonra başa çatıb.

Medvedevin Baş nazir təyin olunması lehinə 299 deputat (226 səs lazım idi), əleyhinə isə 144 deputat səs verib. Bitərəf qalan olmayıb.

Dövlət Dumasının Reqlament komitəsinin rəhbərinin təklifi ilə səsvermə elektron səsvermə sistemindən istifadə etməklə açıq keçirilib.

Qeyd edək ki, Prezident Putin parlamentin aşağı palatasına Medvedevin namizədliyini özünün inauqurasiya mərasimindən dərhal sonra irəli sürüb.


Story Code: 160232

News Link :
https://www.islamtimes.org/az/news/160232/medvedev-rusiyanın-baş-naziri-oldu

Islam Times
  https://www.islamtimes.org