0
Wednesday 9 May 2012 - 21:57
İran hərbi dəniz komandanı

Fars Körfəzi ölkələri ABŞ-İsrail cinayətlərinə şərikdilər

Story Code : 160463
Fars Körfəzi ölkələri ABŞ-İsrail cinayətlərinə şərikdilər
Fars Körfəzi ölkələri ABŞ-İsrail cinayətlərinə şərikdilər
Islam times.org/az - Fars Körfəzi ölkələri RƏM-ə razı olmaqla ABŞ-İsrail cinayətlərinə şərik olmuş olurlar.
İran hərbi dəniz komandanı xəbərdarlıq edərək bildirib ki, əgər Fars Körfəzindəki Ərəb dövlətləri regionda Vaşinqton tərəfindən irəli sürülmüş raket əleyhinə müdafiə sisteminin qurulmasına razılıq verərlərsə, bu zaman onlar ABŞ-İsrail cinayətlərinə şərik olmuş olacaqlar.


Əli Rəzmjou region dövlətlərinə xəbərdarlıq edərək bildirib ki, region dövlətləri ABŞ-ın raket əleyhinə müdafiə sisteminə qoşulmaqla “ABŞ-İsrail sui-qəsd əməliyyatlarının” tərkib hissəsi olmuş olacaqlar.

O bildirib ki, raket əleyhinə müdafiə planı İsrailin mövcudluğu və təhlükəsizliyinin qarantı üçün davamlı olaraq atılmış addımdır.

Rəzmjou bildirib ki, müəyyən Qərb dövlətləri ABŞ və Avropa silahlarını Fars Körfəzinin cənub ölkələrində yerləşdirməklə İranfobiya ssenarisini həyata keçirməyi planlaşdırırlar.

Region dövlətlərinə bu planla razılaşmadan əvvəl bir neçə dəfə fikirləşməyi tövsiyyə edən komandan bildirib ki, ABŞ raket əleyhinə müdafiə sistemini qurmaqla regionda İrana qarşı olan müxtəlif hərbi bazalarını qorumaq məqsədi güdür.

Mart ayında ABŞ dövlət katibi Hilari Klinton Səudiyyə Ərəbistanında raket əleyhinə müdafiə sistemi haqda planlardan danışaraq bu vasitə ilə İrandan gələ biləcək mümkün təhlükənin qabağını alacaqlarını bildirib.

İran rəsmisi dəfələrlə bildirb ki, Tehran müdafiə doktrinasını əsas götürür və İslam Respublikasının hərbi qüdrəti heç bir ölkəyə təhlükə yaratmır.
Source : Islamtimes
Comment