0
Thursday 10 May 2012 - 08:17

Hindistan İrandan neft idxalını 25%-ə qədər artırıb

Story Code : 160528
Hindistan İrandan neft idxalını 25%-ə qədər artırıb
Hindistan İrandan neft idxalını 25%-ə qədər artırıb
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Hindistanın “Financial Express” qəzeti xəbər yayıb. Qəzetin yazdığına əsasən, Hindistanın İrandan neft idxalı 2012-ci ilin ilk dörd ayında ötən ilin eyni dövrü ilə müqayisədə 25%-ə qədər artıb. Bu da həmin dövrdə gündəlik 405 min barel neft idxalı deməkdir.

Qeyd edək ki, Hindistan neftə olan tələbatının 9 faizini İran nefti hesabına təmin edir və bu ölkədən gündəlik 370 min barel neft idxal edir.
Comment