QR CodeQR Code

Qərb üçün yeni sürpriz

11 May 2012 07:55

IslamTimes - Rəsmi Tehran Xəzər dənizində böyük miqdarda neft ehtiyatına malik neft yatağı aşkar etdiyini açıqlayıb.


"IslamTimes" "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki, yataqda 10 milyard barel neft ehtiyatının olduğu təxmin edilir. Yatağın kəşf edilməsi üçün 8 quyu qazılıb ki, elə 8-ci quyu da böyük qaz və neft yatağının üzə çıxması ilə nəticələnib.

Qərbin İrana qarşı sanksiayalar tətbiq etməsinə baxmayaraq İran yeni müştərilərlə yeni müqavilələr bağlayır.

Son neft yatağının tapılması isə Qərb üçün əsil sürpriz olub.

Bunu da nəzərinizə çatdıraq ki, Avropa Birliyinin iyunun 1-dən İrandan neft idxalına tətbiq edəcəyi sanksiyanın Britaniya tərəfindən 2013-cü ilədək təxirə salınmasına çalışıldığı haqda xəbərlər yayılıb.


Story Code: 160759

News Link :
https://www.islamtimes.org/az/news/160759/qərb-üçün-yeni-sürpriz

Islam Times
  https://www.islamtimes.org