0
Friday 11 May 2012 - 11:36

Yunanıstanda hökümət qurmağın 3-cü cəhdi

Story Code : 160786
Yunanıstanda hökümət qurmağın 3-cü cəhdi
Yunanıstanda hökümət qurmağın 3-cü cəhdi
Yunanıstanda yeni hökümətin qurulması istiqamətində müzakirələr davam edir. Ölkə prezidenti Karolos Papulyas parlamentdə ən çox yerlərə sahib olan 3-cü partiya PASOkun lideri Evangelos Venizelosa nazirləri kabinetini təşkil etmək tapşırığı verib. Prezidentin qəbulundan sonra mətbuata müsahibə verən Venizelos vəziyyətin heçdə nikbin olmadığını etiraf edib.

O, Yunanıstanın Avrozonada qalmasını dəstəkləyən istənilən qüvvə ilə koalisiya yaratmağa hazır olduğunu bildirib. Böyük məsuliyyətin altına girmiş, PASOK partiyası lideri, 3 gün ərzində nazirlər kabinetini qura bilməyəcəyi təqdirdə, ölkədə təkrar seçkilərin keçirilməsi təhlükəsi var. Afinada (“yeni seçki” ifadəsi belə yerli sakinləri qıcıqlandırır.)

Bununla belə ekspertlər Venizelosun yeni kabinet formalaşdırmaq şanslarını aşağı qiymətləndirir. Belə ki, mühafizəkar “Yeni demokratlar”dan başqa, əksər partiyalar beynəlxalq kreditorlarla sərt iqtisadi razılaşmaları dəstəkləmir.
Comment