0
Friday 11 May 2012 - 14:05

Haqq Yolu İnstitutunun bəyanatı

Story Code : 160814
Haqq Yolu İnstitutunun bəyanatı
Haqq Yolu İnstitutunun bəyanatı
Rəhman və Rəhim Allahın adı ilə

Haqq Yolu Elm və Mədəniyyət İnstitutu redaksiyaya daxil olan oxucu məktubları və hazırda Azərbaycan Respublikasındakı həssas durumu nəzərə alaraq, dini kəsimdə yaranmış qarşıdurmalara son qoymaq məqsədi ilə mərhum H.R. haqqında gedən bütün yazıları səhifədən çıxarır. Bu günə qədər HaqqYolu.com-da bu mövzuda gedən yazılar azad söz və sağlam tənqidə hörmət ünvanında oxucu məktubu və müəllif yazıları olub. İnstitutun mövqeyi isə dini cəmiyyətimizdə qardaşlıq əlaqələrini möhkəmləndirməkdir. Bütün dini şəxsiyyətlər, hicab məhbusları, dini təşkilatlar, dini saytları özümüzdən bilir, haqlarında dua edirik. Hazırda dini kəsimin sağlam tənqidə hazır olmamasına təəssüf edirik. Bundan sonrakı fəaliyyətlərimizdə bu nöqtəni nəzərdə saxlamağa çalışacağıq. Haqq Yolu yalnız Allahın düşmənlərini düşmən sayır. Dini fəaliyyətlərdə səliqə fərqlərinə dözümlü olmağa səy göstərəcəyik.
Bəyanat dərc edilən andan başlayaraq Haqq Yolu EMİ-nin adından istənilən bir yerdə, o cümlədən sosial şəbəkələrdə gedən sərt mövqeləri bölüşmürük. Bütün dostlarımızı mövzunu qapamağa çağırırıq!
Hicab Məhbuslarına azadlıq arzusu ilə, Allahın amanında!

Haqq Yolu EMİ
Mətbuat Xidməti
Comment