QR CodeQR Code

Fələstinlilər məhbuslarla həmrəy olduqlarını bildirmək üçün nümayişlər keçiriblər

Islamtimes , 12 May 2012 19:22

İslamtimes - Ən azı 4610 fələstinli siyasi dustaq İsrail həbsxanalarında saxlanılır.


islamtimes.org/az/ - Nümayişçilər işğal edilmiş Şərqi Qüdsdə İsrail həbsxanalarında aclıq aksiyası keçirən fələstinli məhbuslara dəstək olaraq etiraz aksiyaları keçiriblər.

Nümayişçilər Şərqi Qüdsdə əl Əqsa məscidində Cümə namazından sonra küçələrə axışaraq apreldən bəri aclıq aksiyası keçirən Fələstinli məhbuslara öz dəstəklərini ifadə ediblər.

İsrailin inzibati həbs siyasətinə, xəstə məhbuslarla davranış qaydalarına və məhbusların ailələlərinin və qohumlarının ziyarət etməsində yaradılan çətinliklərə etiraz əlaməti olaraq 1600-2000 fələstinli məhbus 17 apreldən etibarən aclıq aksiyasına başlayıblar.

Qeyri hökumət təşkilatı olan Fələstinli məhbuslara dəstək və insan hüquqları müdafiəsi təşkilatı Addamirin açıqladığı hesabatda bildirilir ki, ən azı 4610 fələstinli siyasi dustaq İsrail həbsxanalarında saxlanılır.


Story Code: 161232

News Link :
https://www.islamtimes.org/az/news/161232/fələstinlilər-məhbuslarla-həmrəy-olduqlarını-bildirmək-üçün-nümayişlər-keçiriblər

Islam Times
  https://www.islamtimes.org