0
Sunday 13 May 2012 - 06:54

Türkiyə çempionatının final matçından sonra polislə azarkeşlər arasında toqquşmalar baş verib

Story Code : 161341
Türkiyə qarşıdurma
Türkiyə qarşıdurma
APA-nın TRT-yə istinadən verdiyi xəbərə görə, oyun başlamazdan öncə Fənərbaxça azarkeşləri ilə polis arasında qarşıdurma yaranıb. Stadionda isə matç bitdikdən 10 dəqiqə sonra “Fənərbaxça” tərəfdarları polisə oturacaq, plastik butulka atmağa başlayıblar. Bunun ardınca oyun meydançasına çıxan tərəfdarlar ilə polis arasında dava düşüb. Toqquşmalar stadionun kənarında da baş verib. “Fənərbaxça” tərəfdarları iki maşını çeviriblər və ətraf küçələrdə barrikadalar qururlar. Polis stadionda gözyaşardıcı qazdan istifadə edib.
Bu hadisələr Şükrü Saraçoğlu stadionunda “Qalatasaray” oyunçularına Türkiyə Futbol çempionatının kubunkunu verilməsinə əngəl yaradıb. Kubok harada və nə zaman veriləcəyi barədə xəbərə verilmir.
Eyni zamanda İstanbulun Taksim meydanında minlərlə “Qalatasaray” tərəfdarları öz komandasının qələbəsini qeyd edirlər.
Comment