QR CodeQR Code

İlham Əliyev İrana gedəcək

apa , 14 May 2012 07:15

İslamtimes - Bu barədə İranın Fars agentliyinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verib.


Azərbaycan prezidenti İlham Əliyevin İrana səfər edəcəyi gözlənilir. APA-nın məlumatına görə, bu barədə İranın Fars agentliyinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verib.

Nazir bildirib ki, prezident bu ilin avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammitində iştirak etməyi planlaşdırır.

Sammitin avqustun 26-31-də keçiriləcəyi gözlənilir.


Story Code: 161632

News Link :
https://www.islamtimes.org/az/news/161632/ilham-əliyev-irana-gedəcək

Islam Times
  https://www.islamtimes.org