QR CodeQR Code

Lənkəranda polis-dindar qarşıdurması

14 May 2012 20:14

IslamTimes - Lənkəranda məscidin ərazisində aparılan tikinti işləri qarşıdurmaya səbəb olub.


"İslamAzeri" saytı xəbər verir ki, baş verən insidentlə bağlı redaksiyaya məktub daxil olub. Məktubda deyilir ki, Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, dindarları istifadəsində olan cümə məscidinin ərazisində uşaq bağçası tikilməsinə qarar verib.

“Ancaq daha sonra məlum olub ki, qazıntı işləri məscid ərazisində bağça yox “Gilan Holding”-ə məxsus 4 mərtəbəli otel tikilməsi üçün aparılır. Baş verən olaydan qəzəblənən Lənkəran dindarları özlərini traktorun altına atmaqdan belə cəkinməyiblər. Dindarlar və polis arasında 7 saat davam edən qarşıdurmasında xasarat alanlar var. İnaclı təbəqə isə bu işin qarşısının ölümlərlə də olsa belə alacağında israrlıdılar. Quba hadisələri Lənkəranda da təkrarlanacaq”, -deyə məktubda bildirilir.


Story Code: 161924

News Link :
https://www.islamtimes.org/az/news/161924/lənkəranda-polis-dindar-qarşıdurması

Islam Times
  https://www.islamtimes.org