0
Tuesday 15 May 2012 - 11:16

Putin Obama görüşünü təxirə saldı; Klinton yumşaltmağa gəlir

Story Code : 162089
Putin - Obama - Klinton
Putin - Obama - Klinton
Rusiya prezidenti Vladimir Putin hökumət işlərini səbəb göstərərək 18-19 may tarixlərində Kemp Deviddə keçiriləcək G8 zirvəsinə qatılmayacağını açıqlamasından sonra ABŞ prezidenti Barak Obama da Rusiya səfərini ləğv edib.

FaktXeber.com-un verdiyi məlumata görə, Moskvanın illərdir milyardlarla dollar sərmayə qoyaraq hazırlıq apardığı Asiya Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Vladivostokda sentyabr ayında keçiriləcək zirvəsinin də ABŞ prezidentinin qatılmaması üzündən sönük keçməsindən narahatlıq var.

Qarşılıqlı ziyarətlərin ləğvi ilə gərilən diplomatik əlaqələri isə ABŞ xarici işlər naziri Hillari Klintonun Sankt Peterburqa 28-30 may tarixlərində edəcəyi ziyarətlə yumşaldacağı güman edilir.

APEC daxilində Sankt Peterburqda keçiriləcək "İqtisadiyyatda Qadın" adlı foruma qatılacaq Amerika deleqasiyasına Klinton başçılıq edəcək. Rusiya heyətinin başında isə Federasiya Şurasının rəhbəri Valentina Matviyenko olacaq.

Hazırda isə RƏM sistemi, Suriya başda olmaqla Orta Şərqdə davam edən böhranlar və digər mövzularda Moskva-Vaşinqton xəttində soyuq küləklər əsir. /FaktXeber/
Comment