0
Tuesday 15 May 2012 - 11:23

BBC-dən əliyevlərə sürpriz

Story Code : 162093
BBC - Paul Kenyon - Azərbaycan
BBC - Paul Kenyon - Azərbaycan
Xarici medialar bədnam “Eurovision” və Azərbaycanda insan hüquqlarının pozulması faktını araşdırmaqda davam edir. Növbəti, heç də xoş olmayan sürpriz BBC-dən gələcək. May ayının 21-də İngiltərə vaxtı ilə 20:30-da, “One Panorama” proqramında “avroviziyanın kirli sirləri” (Eurovisions dirty secret) adlı reportaj efirə gedəcək.

Jurnalist Paul Kenyon nələri göstərəcək? Yarışmanın qorxu aləti kimi işlədilməsini. Ermənistana səs göndərənlərin sorğu-suala çəkilməsini. Etiraz edən müğənninin həbsə atılacağı ilə təhdid edilməsini. “Eurovision” arenası üçün yerin təmizlənməsi zamanı buldozerlərlə onlarla evin dağıdılmasını.

Xəbərin anonsunda deyilir: Bakıdakı ABŞ səfirliyi hakim ailəni mafiya ilə müqayisə etmişdi. Rejim hakimiyyətini seçkiləri saxtalaşdırmaqla, rəqiblərini həbs etməklə və nəhəng neft ehtiyatlarına nəzarət etməklə saxlayır. O zaman dünyada ən çox sevilən musiqi yarışmasının təşkilatçıları yarışmanın Azərbaycanda keçirilməsinə niyə razılıq verdilər? /Abna/
Comment