0
Tuesday 15 May 2012 - 11:34

Fransanın yeni prezidenti and içəcək

Story Code : 162102
Fransanın yeni prezidenti and içəcək
Fransanın yeni prezidenti and içəcək
Bu gün Fransanın yeni seçilmiş prezidenti Fransua Olland and içərək, rəsmi şəkildə öz səlahiyyətlərinin icrasına başlayacaq. Fransada hakimiyyətin təhvil verilməsi ciddi protokola əsasən həyata keçirilir. Yelisey sarayına gedən yolda yeni seçilmiş prezidenti onun sələfi Nikolya Sarkozi qarşılayacaq. Onlar bağlı qapı arxasında bir müddət söhbət etdikdən sonra rəsmi mərasim başlayacaq. Yeni dövlət başçısı prezident fərqlənmə nişanı, Şərəfli legion ordeni alacaq və qısa nitqlə çxış edəcək. Mərasim 21 yaylım atəşli salyutla başa çatacaq.

Lakin bu dəfə Fransa prezidentinin öz səlahiyyətlərinin icrasına başlamasında bir fərqli xüsusiyyət olacaq və bu xüsusiyyət hakimiyyətə məhz Fransua Ollandın gəldiyini simvolizə edəcək. Belə ki, Fransua Olland öz çıxışını keçmiş maarif naziri Jül Ferrinin abidəsi önündə edəcək. Jül Ferri 1881-1882-ci illərdə Fransada ödənişsiz ibtidai təhsilin verilməsi sahəsində töhfələrinə görə tanınır və Fransua Olland da hakimiyyəti dövründə məhz təhsili birinci prioritet edəcəyini nümayiş etdirəcək.

Xatırladaq ki, sosialist Fransua Olland Fransada mayın 6-da keçirilən prezident seçkilərinin ikinci turunda Nikolya Sarkoziyə qalib gələrək, ölkənin yeni prezidenti seçilib. /ans/
Comment