QR CodeQR Code

Yaxın Şərq və Şimali Afrikadakı məşhur inqilablar İsraili bölgədən təcrid edir

Islamtimes , 15 May 2012 16:45

İslamtimes - Əli Laricani bildirib ki, regional inkişaf və Yaxın Şərqdə və Şimali Afrikada baş verən inqilablar İsrail rejimini bölgədən təcrid edib.


islamtimes.org/az/ - Laricani bazar günü Həmas xarici işlər naziri Muhəmməd Əvad ilə görüşündə deyib: “Regiondakı inkişaf və Misir, Liviya, və Tunisdəki inqilablar Sionist rejimini regiondan təcrid edib.”

Laricani regionda İsrailə qarşı müqavimət hərakatını dəstəklədiklərini bir daha nəzərə çatdırmışdır.

Laricani İslam düşmənlərinin regionda Müsəlmanlar arasında düçmənçilik yaratmaq niyyətində olduqlarını bildirib.

Əvad isə öz növbəsində İranın Fələstinə dəstəyinə görə təşəkkür etmiş və İran xalqının və hökumətinin həmişə Fələstin xalqını dəstəklədiyini və hər bir çətin vəziyyətdə Fələstin xalqının yanında olduqlarını deyib.

Fələstin rəsmisi həmçinin Müsəlman ölkələri arasında vəhdəti və birliyi gücləndirməyin əhəmiyyətini vurğulamış və bildirmişdir ki, xarici qüvvələr müsəlmanlar arasında olan bəzi fərqlilikləri şişirdərək İslam vəhdətini pozmağı planlaşdırırlar.


Story Code: 162246

News Link :
https://www.islamtimes.org/az/news/162246/yaxın-şərq-və-şimali-afrikadakı-məşhur-inqilablar-israili-bölgədən-təcrid-edir

Islam Times
  https://www.islamtimes.org