QR CodeQR Code

Madrid polisi etiraz aksiyasını dağıdıb

15 May 2012 17:54

IslamTimes - İspaniya polisi paytaxt Madridin Puerta del Sol meydanında etiraz aksiyasının qarşısını alarkən 8 nəfər etirazçını da həbs edib


Bu haqda İspaniya DİN idarəsindən xəbər veriblər. Qeyd edək ki, son üç gün ərzində polis Madriddə keçirilən etiraz aksiyaları zamanı ümumilikdə 28 nəfəri həbs edib. İspaniya mətbuatının verdiyi xəbərdə polisin aksiya keçirilən əraziyə səhər tezdən gəldiyi və onların aksiyanı 15 dəqiqə ərzində dağıtmağa nail olduqları bildirilir.

Xatırladaq ki, keçən şənbə günü qəzəblənmiş 70 min ispan ölkənin müxtəlif şəhərlərində aksiyalar keçiriblər.


Story Code: 162260

News Link :
https://www.islamtimes.org/az/news/162260/madrid-polisi-etiraz-aksiyasını-dağıdıb

Islam Times
  https://www.islamtimes.org