QR CodeQR Code

Hakimiyyət Avropanın tənqidlərini qulaqardına vurur

15 May 2012 20:08

IslamTimes - Son günlər Avropa KİV-i Azərbaycan hakimiyyəti haqqında sərt tənqidlər səsləndirsələr də Əliyev rejimi bu tənqidləri qulaqardına vurur


Azərbaycan hakimiyyəti ifadə azadlığının boğulması üçün polisin güc tətbiqinə dərhal son qoymalıdır.

Bunu mayın 14-də polisin Bakının mərkəzində dinc etiraz aksiyasını dağıtmasından sonra «Amnesty International» bəyan edib.

«Amnesty International» bildirir ki, müxalifət fəalları mitinq keçirmək üçün Sabir bağında və Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında toplaşmışdı.

300-ə yaxın etirazçı «Eurovision»dan əvvəl siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.

Hadisə yerindən çəkilmiş videomateriallardan görünür ki, polis aksiyaçıları döyür, qolunu burur aparır.

«Amnesty International»ın Avropa və Orta Asiya üzrə proqram direktoru Jon Dalhuysen bildirib ki, «beynəlxalq KİV-in «Eurovision» müsabiqəsinə diqqəti dinc etirazçıların qarşısını almaq üçün polisi güc tətbiq etməkdən çəkindirmir».

«Azərbaycan hakimiyyəti Bakının mərkəzində etiraz aksiyalarına qadağanın aradan qaldırılması üçün təcili addımlar atmalıdır», deyə o bildirib.

«Biz bir daha «Eurovision» təşkilatçılarına müraciət edərək, onları Azərbaycanda ifadə azadlığına qarşı davam edən qəbuledilməz repressiyaları pisləməyə çağırırıq. Azərbaycan hakimiyyəti Bakının mərkəzində etiraz aksiyalarına qoyulan qadağaları götürmək və polisin kobud rəftarına görə cavabdehləri məsuliyyətə cəlb etmək üçün dərhal tədbirlər görməlidir».

Mayın 14-də 18 fəal saxlanılaraq Səbayel rayon polisinə aparılıb. Onlardan 10-u şəhərdən 60 km uzağa aparılıb və Qobustan qəsəbəsi ərazisində düşürülüb. Qalan 8-i isə yazılı izahat alındıqdan sonra buraxılıb.

«Dinc etirazçılara son təzyiqlər Azərbaycan hakimiyyətinin ifadə azadlığına münasibətinin göstəricisidir», -Jon Dalhuysen bildirib. /Azadlıq/


Story Code: 162279

News Link :
https://www.islamtimes.org/az/news/162279/hakimiyyət-avropanın-tənqidlərini-qulaqardına-vurur

Islam Times
  https://www.islamtimes.org