QR CodeQR Code

İranla AEBA arasında növbəti müzakirələr mayın 21-də keçiriləcək

16 May 2012 06:55

IslamTimes - İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında keçirilən Vyana görüşü başa çatıb.


APA-nın məlumatına görə, iki gün davam edən müzakirələrin sonunda İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə və agentliyin baş direktorunun müavini Herman Nakerts birgə mətbuat konfransı keçiriblər. Jurnalistlərin suallarını cavablandıran Ə. Sultaniyə müzakirələri müsbət dəyərləndirərək, danışıqların konstruktiv keçdiyini bildirib:“İki gün ərzində İranın nüvə proqramı ilə bağlı bir çox məsələləri müzakirə etdik. AEBA ilə danışıqlar yaxşı keçdi. Vyana görüşündə irəliləyiş əldə etdik”. Ə. Sultaniyə AEBA ilə növbəti görüşün tarixinin də müəyyənləşdirildiyini açıqlayıb: “Agentliklə müzakirələrimizin davamı gələn həftənin bazar ertəsi günü keçiriləcək”.
Qeyd edək ki, İranın BMT-nin Vyana ofisi nəzdindəki daimi təmsilçiliyində keçirilən iki günlük müzakirələrdə AEBA adından qurumun baş direktorunun müavini Herman Nakerts, İran heyəti isə Ə. Sultaniyənin sədrliyi ilə qatılıb.


Story Code: 162360

News Link :
https://www.islamtimes.org/az/news/162360/iranla-aeba-arasında-növbəti-müzakirələr-mayın-21-də-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org