QR CodeQR Code

Asəf Əliyevin məhkəmə prosesi mayın 23-də başlayacaq

media forum , 17 May 2012 06:07

İslamtimes - Gəncədə həbs olunan dindar Asəf Əliyevin məhkəmə prosesi mayın 23-də başlayacaq. Hazırlıq iclasında belə qərar çıxarılıb. Kəpəz Rayon Məhkəməsindən “Media forum” saytına verilən məlumata görə, işə hakim Mahir Əsədlinin rəhbərlik etdiyi heyət baxır.


Dindar fevral ayında həbs olunub, onun haqqında Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq dövründə Asəf Əliyevin vəkili Nemət Kərimlinin vəsatəti əsasında ittiham 221.2-ci maddəyə dəyişdirilib. Bu, qismən yüngülləşdirilmə deməkdir.

Asəf Əliyev İranın Qum şəhərində ruhanı təhsili alıb.
Cinayət məcəlləsindən çıxarış:
Maddə 221. Xuliqanlıq
221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə;
221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə -

iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
221.3. Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə -
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Story Code: 162670

News Link :
https://www.islamtimes.org/az/news/162670/asəf-əliyevin-məhkəmə-prosesi-mayın-23-də-başlayacaq

Islam Times
  https://www.islamtimes.org