QR CodeQR Code

Sakit okeanda 2 ABŞ hərbi gəmisi toqquşub

17 May 2012 06:43

IslamTimes - Sakit okeanda 2 ABŞ hərbi gəmisi toqquşub. Bu barədə APA ABŞ Hərbi-Dəniz Donanmasının bəyanatına istinadən məlumat verir.


«Essex» universal desant gəmisi və «Yukon» tankeri birinci yanacaq doldurmaq istərkən toqquşublar.

Hadisə Kaliforniya sahillərindən 200 km məsafədə baş verib. Yaponiyanın Sasebo limanından San-Dieqoya yönələn «Essex» yanacaq doldurmaq üçün tankerə yaxınlaşmağa başlayıb. Naməlum səbəbdən gəmi idarəetməni itirərək «Yukon» çırpılıb.

ABŞ HDD-nın nümayəndəsi Çarli Braunun sözlərinə görə, qəza nəticəsində heç kim xəsarət almayıb və suya neft axmayıb. Hər iki gəmi yüngül zədələniblər.


Story Code: 162675

News Link :
https://www.islamtimes.org/az/news/162675/sakit-okeanda-2-abş-hərbi-gəmisi-toqquşub

Islam Times
  https://www.islamtimes.org