0
Thursday 17 May 2012 - 06:55

İctimai Palata aclıq aksiyasına başladı

Story Code : 162676
İctimai Palata aclıq aksiyasına başladı
İctimai Palata aclıq aksiyasına başladı
Onun sözlərinə görə, aclıq aksiyası Müsavatın qərargahında iki ayrı otaqda keçirilir. Aksiyada Haqverdi Haqverdili, Elşən Həsənov, İbrahim Hacıbəyli, Dünyaxanım Cərullayeva, Başxanım Abbaslı, Yeganə Hacıyeva, Günel Rəhimli iştirak edir.

Aksiyaya digər şəxslərin də qatılacağı gözlənilir.

Qeyd edək ki, aclıq aksiyası vicdan məhbuslarının dünəndən başladığı aclıq aksiyasına dəstək olaraq keçirilir.

Xatırladaq ki, mayın 15-dən müxtəlif cəzaçəkmə müəssisələrində saxlanılan 12 vicdan məhbusu qeyd-şərtsiz azadlığa buraxılmaları, sərbəst toplaşmaq azadlığı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və siyasi islahatların keçirilməsi tələbi ilə aclıq aksiyasına başlayıblar.
Comment