QR CodeQR Code

Britaniyanın baş naziri Yunanıstana avrozonanı tərk etməməyi tövsiyə edir

17 May 2012 13:24

IslamTimes - Avrozonadan istənilən ölkənin çıxması riskləri əhəmiyyətli dərəcədə artıracaq və valyuta blokunu darmadağın edəcək.


“APA-ECONOMICS”in “Financial Times”a istinadən xəbərinə görə, Böyük Britaniyanın baş naziri Devid Kemeron belə hesab edir.

Onun fikrincə, bu problemin həlli avrozonada tammiqyaslı büdcə və siyasi ittifaqın sürətlə formalaşdırılması ola bilər: “Avrozona seçim qarşısındadır - ya bu vəziyyətdən çıxmalıdır, ya da potensial dağılmaq təhlükəsi ilə üzləşəcək”.

D.Kemeron Yunanıstana valyuta blokunda qalmağı məsləhət görüb: “Ya Avropada effektiv müdafiə olunan, yaxşı kapitallaşmış və nizamlanan bankları olan avrozona mövcud olacaq, ya da biz hamımız naməlum sularda olacağıq ki, bu da böyük risklərlə müşayiət olunacaq”.


Story Code: 162809

News Link :
https://www.islamtimes.org/az/news/162809/britaniyanın-baş-naziri-yunanıstana-avrozonanı-tərk-etməməyi-tövsiyə-edir

Islam Times
  https://www.islamtimes.org