QR CodeQR Code

Qanlı əməliyyatın təfərrüatı

17 May 2012 13:36

IslamTimes - Dünən axşam saat 10 radələrində Nizami rayonu ərazisində baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub. Bu barədə hadisə yerində olan əməkdaşlarımız xəbər veriblər.


Onların sözlərinə görə, hadisə Nəsimi küçəsində baş verib: "Bu bina mərhum jurnalist Elmar Hüseynovun vaxtilə yaşadığı bina ilə üzbəüzdə yerləşir. Hüquq-mühafizə orqanları əməliyyat məlumatı əsasında mənzilə baxış keçirərkən naməlum qruplaşmanın üzvü olan şəxs polis əməkdaşının ayağından güllə ilə vurub. Daha sonra atışma düşüb və daha bir güllə başqa bir polis nəfərinin boğazından dəyib. Yaralıların sağlıq durumu ilə bağlı məlumat verilmir. Həmin mənzildə kirayədə yaşayan dörd nəfər olduğu bildirilir. Onlardan ikisi öldürülüb, ikisi isə maskalı əməliyyatçılar tərəfindən həbs edilərək aparılıblar".


Story Code: 162811

News Link :
https://www.islamtimes.org/az/news/162811/qanlı-əməliyyatın-təfərrüatı

Islam Times
  https://www.islamtimes.org