QR CodeQR Code

“Yəhudi soyqırımı saxtadır!”

xezerxeber , 17 May 2012 13:45

Islamtimes - Yunanıstanın radikal sağçı Qızıl Şəfəq Partiyasının lideri Nikos Mixaloliakos yəhudiləri şok edəcək açıqlamalar verib.


Mixaloliakos yəhudi soyqırımının simvolu olan Auşvits həbs düşərgəsi haqqında “Nə Auşvits, Auşvitsə heç vaxt getmədim. Siz orada olmusunuz?

Siz onun ne olduğunu bilirsiniz? Mən 6 milyon yəhudi sayının mübahisəli və şişirtmə olduğu haqqında çox kitab oxumuşam” deyib.

Neo-nasist lider “Müharibə illərində heç vaxt insanların yandırıldığı sobalar və ya qaz otaqları olmayıb, bu böyük bir yalandır. Bir çox ölkədən bir çox insan həbs düşərgələrində ölüb. Bu müharibənin günahıdır.

Amerikalıların Yaponlar üçün təşkil etdiyi həbs düşərgələri kimi” deyə əlavə edib. Radikal sağçı liderin sözləri Yunan Yəhudi camaatını qəzəbləndirib.


Story Code: 162812

News Link :
https://www.islamtimes.org/az/news/162812/yəhudi-soyqırımı-saxtadır

Islam Times
  https://www.islamtimes.org