QR CodeQR Code

İran nüvə aliminə Bakıda hazırlanan terror

18 May 2012 10:01

IslamTimes - İranda 2010-cu ildə sui-qəsd nəticəsində öldürülən nüvə alimi Məsud Əli Məhəmmədin qətlində günahlandırılan kikboksçu Məcid Camali Faşinin edam olunması ilə bağlı şok iddialar ortaya atılıb.


Publika.Az-ın məlumatına görə, idmançının edam olunmasına səbəb onun adının Wikileaks saytında yayımlanmış sənədlərdə yer alması olub.
İddiaya görə, iranlı rəsmilər "Wikileaks"in yaydığı sənədlərdə yer alan Azərbaycandakı ABŞ səfirliyindən göndərilən bir yazışmada mənbə olaraq göstərilən döyüş ustasının Faşi olduğu qənaətindərilər.
Faşinin yazışmanın göndərildiyi 1 sentyabr 2009-cu il tarixindən bir neçə gün əvvəl boks turniri üçün Bakıda olduğu bildirilir. /HaqqYolu/


Story Code: 162953

News Link :
https://www.islamtimes.org/az/news/162953/iran-nüvə-aliminə-bakıda-hazırlanan-terror

Islam Times
  https://www.islamtimes.org