0
Friday 18 May 2012 - 13:12

Qara maya 5 gün qaldı!

Story Code : 162999
Qara maya 5 gün qaldı!
Qara maya 5 gün qaldı!
Mayın 17-də “Media forum” saytına danışan politoloq Sülhəddin Əkbər deyib ki, İran-Azərbaycan münasibətləri gərgin olaraq qalacaq və zamanla kəskinləşəcək: “Bunun obyektiv səbəbləri var. İran ətrafında vəziyyət qəzlizləşir. Bir tərəfdən İrana qarşı sanksiyaların sərtləşdirilməsi, başqa yandan Azərbaycanın Türkiyə, İsrail, ABŞ və NATO ilə münasibətlərinin inkişafı istər-istəməz İranla Azərbaycan arasında münasibətləri gərginləşdirir.

Böyük enerji layihələri də ikitərəfli münasibətlərdə ciddi problemlər yaradır. Rejimlərdə fərqlər də çoxdur. İranda totalitar (prinsipial deyilsəydi yerinə düşərdi -red), Azərbaycanda isə bundan yumşaq (ailə hakimiyəti daha münasibdir -red) ) rejimin mövcudluğu problem yaradan amillərdən biridir. Düşünürəm ki, zaman keçdikcə bu gərginliklər daha da artacaq”.

Politoloq qeyd edib ki, rəsmi Tehran və rəsmi Bakı elan etməsələr də, İranda Azərbaycan, Azərbaycanda isə İran əleyhinə aksiyaların təşkilatçıları hakimiyyətlərdir: “Gərginliyə ilk növbədə Tehranın addımları səbəb olub (Tehran Azərbaycana hərbi yardım edəndə də İrana qarşı təbliğat gedirdi – red). Azərbaycan da bu addımlara qədərindən bir az artıq münasibət bildirib. Axı İran əvvəllər də Azərbaycanın dövlət başçısına, rəsmilərinə qarşı bu ritorikadan istifadə edib. Tehran ABŞ kimi ölkə ilə də eyni dillə danışır, bu ritorikaya təəccüblənmək lazım deyil”.

Sülhəddin Əkbərin fikrincə, gərginliyin tam aradan qaldırılması mümkün deyil: “Amma tərəflər ən yaxşı halda kəskinləşmənin qarşısını ala bilər. Hadisələrin inkişafı, tarixi axarı göstərir ki, bu gərginliyin artması qaçılmaz olacaq. Azərbaycan bu hala həm dövlət olaraq, həm də cəmiyyət olaraq hazır olmalıdır. Qarşıdan böyük tarixi dəyişikliklər gəlir. Dövlətimizi və həyatımızı buna hazırlamalıyıq. Eyni zamanda İran kimi bir dövlətlə bu dillə danışmaqdan çəkinməliyik. Azərbaycan kiçik, və torpaqlarının böyük bir hissəsi işğal altında olan bir dövlətdir. Müttəfiqi də yoxdur. İran kimi dövlətlə baş-başa gələndə bunların hamısını nəzərə almaq lazımdır”.
Comment