0
Saturday 19 May 2012 - 06:45

Ərdoğan yayılan xəbəri "uydurma" adlandırıb

Story Code : 163175
Ərdoğan yayılan xəbəri "uydurma" adlandırıb
Ərdoğan yayılan xəbəri "uydurma" adlandırıb
Bolqarıstanda səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mətbuat nümayəndələrinə açıqlama verib.

Baş nazir bildirib ki, Uludərə hadisəsi ilə əlaqədar Türkiyə Silahlı Qüvvələri Baş qərargah rəisi lazım olan məlumatı verib və ABŞ mətbuatında yer alan xəbər Birləşmiş Ştatlar hökumətini pis vəziyyətə salmaq məqsədi güdür.

Bu xəbəri "uydurma" adlandıran Ərdoğan deyib: "Qurumlar lazım olan açıqlamanı verib. Pilotsuz təyyarələr TSQ-nin əmri ilə hərəkət ediblər. Bəlkə də bu xəbərlə, ABŞ-dakı seçkilərlə bağlı mövcud hökuməti pis vəziyyətə salmaq istəyirlər. Mən bunu məhz belə dəyərləndirirəm".
Source : XezerXeber
Comment