QR CodeQR Code

Pentaqon: «Çin öz hərbi qüdrətini artırır»

19 May 2012 06:53

IslamTimes - "Çin hökuməti hərbi sahənin inkişafına əvvəlki kimi böyük maliyyə vəsaitləri ayırırlar." Pentaqonun hazırladığı hesabatda belə deyilir.


2012-ci ildə Çinin hərbi xərcləri 120-180 milyard dollar arasında olub. Rəsmi Pekin bu rəqəmi 106 milyard kimi göstərir.

Pentaqonun məlumatına görə, Çinin arsenalında 50-75 arası qitələrarası ballistik raket var. Onların uçuş mənzili 5,5 min kilometrdir. Çinin həmçinin 3-5,5 min km uzaqlıqdakı hədəfi vura bilən 20 ortamənzilli ballistik raketi var.

Pentaqon əmindir ki, Çin öz istehsalı olan yüksək dəqiq qanadlı raketlərin sayını artırır. 1,2 min ədəd yaxınmənzilli raket Tayvan istiqamətinə tuşlanıb.

«Çində həmçinin böyük gəmilərin, ilk növbədə avidaşıyanların məhv edilməsi üçün nəzərdə tutulan gəmi əleyhinə ballistik raketlərin üzərində iş gedir. Bu raketlər 1,5 min kilometr uzaqlıqda hədəfi vura bilməlidirlər.

Çinin 2 atom sualtı qayığı var. Yaxın illərdə bu ölkə daha 5 belə qayıq istehsal etmək fikrindədir. Yaxın 2 il ərzində isə ballistik raketlə təchiz olunmuş sualtı qayıq istehsal olunacaq.

Çinin hərbi donanmasında 48 dizel sualtı qayığı var. İlk Çin aviadaşıyanı bu ilin sonunda istismara veriləcək. Donanmaya həmçinin 79 hərbi gəmi, 51 nəqliyyat gəmisi və raketlə təchiz olunmuş 86 keşikçi kateri daxildir.

Çinin hərbi-hava qüvvələrinə 1,570 qırıcı, 300 nəqliyyat təyyarəsi, 100-dən artıq kəşfiyyat təyyarəsi, həmçinin 550 bombardmançı və hücum təyyarəsi daxildir. Çində həmçinin düşmənin radarları üçün gözəgörünməz olacaq yüksək texnoloji J-20 qırıcısı hazırlanır.

Çin ordusu 1 milyon 250 min hərbçidən ibarətdir», deyə sənəddə bildirilir.


Story Code: 163177

News Link :
https://www.islamtimes.org/az/news/163177/pentaqon-çin-öz-hərbi-qüdrətini-artırır

Islam Times
  https://www.islamtimes.org