0
Saturday 19 May 2012 - 10:01

Minlərlə bəhreynli bir ağızdan: Bəhreyn satış üçün deyil!

Story Code : 163216
Bahrain Protest
Bahrain Protest
"IslamTimes" ərəbdilli KİV-lərə istinadən xəbər verir ki, Bəhreyn xalqı ötən gün günorta saatlarında irihəcmli aksiyalar keçirib. Aksiyalar zamanı inqilabçı xalq rejim başçılarının bu kiçik ölkəni Səudiyyə rejiminə qatmaq planına etiraz eidblər.

Məlumatlara əsasən günorta saat 4:30 radələrində Şaxure meydanından başlayan aksiya Deraz meydanınadək davam edib.

Dünən Manamanın etiraz aksiyaları keçirilən qərbi küçələri, cəmiyyətlə dolmuşdu. Bəhreynlilər aksiya zamanı təkidlə bildiriblər ki, onların vətəni satış üçün deyil.

Nəzərinizə çatdıraq ki, Bəhreynin diktator hakimlərinin Səudiyyə Ərəbistanı ilə birləşmək barədə planı olduğu bildirilir. Bu ölkədə ötən ilin fevral ayından bu günədək mütəmadi şəkildə etiraz aksiyaları keçirilir.
Related Stories
Comment