0
Saturday 19 May 2012 - 10:57

Əliyev özünə quyu qazır

Story Code : 163242
Əliyev özünə quyu qazır
Əliyev özünə quyu qazır
Bu isə qanlı əməliyyatlarla müşayiə edilir. Rejim yatmış silahları dilə gətirir. Deyilənlər ötən günlərdə bird aha təsdiqləndi.
Milli Təhlükəsizlik Nazirliyi (MTN) metronun "Qara Qarayev" stansiyası yaxınlığındakı beşmərtəbəli binada əməliyyat keçirib. Əməliyyat gecə saatlırına təsadüf edib.
Rəsmi məlumatlara görə, əməliyyat zamanı MTN-in iki əməkdaşı - kapitan Ağamaliyev Fuad Kamil oğlu və baş leytenant İbrahimov Rövşən Xudaverdi oğlu yaralanıb. Qarşı tərəfdən isə öldürülən silahlı şəxs Hüseynov Teymur Rüstəm oğludur. Onun üzərindən Rusiya vətəndaşlığını təsdiq edən sənəd tapılıb.
Sakinlərin sözlərinə görə, bu hadisədən sonra səhər, yəni mayın 16-da 10 nəfərdən artıq silahlı şəxs əraziyə gələrək axtarış aparmağa başladılar: "Axtarışlar bir neçə saat davam etsə də, heç nə tapılmadı…Bir qədər sonra, hava qaralana yaxın atışma baş verdi".
Sakinlər bizimlə (Azadlığın müxbiri – red.)) söhbətində qeyd etdilər ki, mənzildə yaşayanlar xarici görünüşlərinə görə dindara oxşamayıblar: "Bu adamları birinci dəfə idi ki, görürdük. Saqqallı deyildilər. Nə vaxt mənzilə gəlirdilər, nə vaxt gedirdilər, onu görməmişik. Bildiyimizə görə, evdə dörd nəfər yaşayıblar. Ancaq eşitdiyimzə görə, evə baxış keçirərkən radikal dini qruplaşmanın üzvü olan şəxs polis əməkdaşının ayağından güllə ilə vurub. Daha sonra atışma düşüb və daha bir güllə başqa bir polis nəfərinin boğazından dəyib. Mənzildə yaşayanların içərisində qadın da olub. Atışma dayanandan sonra onu sərbəst buraxıblar. O da qaçıb gedib, "Praqa" restoranın yaxınlığında bir oğlanla görüşəndə hər ikisini həbs ediblər".
"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun sözlərinə görə isə bu əməliyyatların arxasında müəyyən siyasi məqsədlər də dayanır: "İndi Azərbaycan öz daxili siyasətinə görə intensiv şəkildə tənqid olunur. Bütün bunlar Qərbə nümayiş etdirməkdir ki, baxın, bizdə İslam təhlükəsi var. Siz isə bizi insan haqları, demokratik dəyərlərlə bağlı sıxırsınız. Ümumiyyətlə, Azərbaycanda terror təhlükəsi ilə bağlı bütün bu tipli əməliyyatların arxasında həmişə olmasa da, bir çox hallarda məhz siyasi məqsədlər dayanır".
Comment